Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və Belçika birbaşa hava əlaqələrinin qurulmasını müzakirə edib
siyasət

Azərbaycan və Belçika birbaşa hava əlaqələrinin qurulmasını müzakirə edib

06-08-2025 18:00 24 Просмотров
IMG

Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması müzakirə edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev özünün “X” sosial şəbəkəsində yazıb.


Müzakirələr AZAL prezidentinin Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon ilə görüşü zamanı aparılıb.

 

S.Rzayevin fikrincə, bu görüş bir daha göstərib ki, mülki aviasiya sərnişinlərin daşınması ilə yanaşı, həm də mədəniyyətlər, insanlar və imkanlar arasında bir körpüdür.

 

“Görüş zamanı AZAL-ın gələcək strateji hədəflərindən danışdıq və bizim üçün prioritet olan məsələləri – dayanıqlı inkişaf, sərnişin məmnuniyyəti və innovasiya ilə bağlı ideyalarımızı partnyorlarımızla bölüşdük. Söhbətimizdə Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması ideyası da xüsusi yer tutub. Bu imkanlar həm biznes sahəsində əməkdaşlığı, həm də mədəni mübadilə üçün də böyük əhəmiyyət daşıyır”, - deyə AZAL prezidenti bildirib.

 

Eləcə də AZAL-ın COP29-da olan iştirakından və daha yaşıl gələcək qurmaqda aviasiyanın roluna dair öhdəliyi vurğulanıb.