Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı
iqtisadiyyat

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlandı

06-08-2025 14:00 13 Просмотров
IMG

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin təxminəm 108,6 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

"Tvit.az"  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, 7 ayda xarici vətəndaşlara Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği isə 5 milyon 874 min manat təşkil edib.