Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Yəmən Prezident Şurasının sədri Bakıda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub
siyasət

Yəmən Prezident Şurasının sədri Bakıda keçiriləcək beynəlxalq tədbirə dəvət olunub

04-08-2025 22:00 27 Просмотров
IMG

Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi Azərbaycan Prezidenti İlham Əliyevdən BMT-nin Ümumdünya Şəhər Forumunun Bakıda keçirilən 13-cü sessiyasının (WUF13) açılışında iştirak etmək üçün dəvət alıb.

 

Tvit.az-ın Yəmənin "Əl-Əyyam" qəzetinə istinadən verdiyi məlumata görə, dəvəti Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev bu ölkənin xarici işlər və mühacirlər naziri Şaya əl-Zindani ilə görüşündə çatdırıb.


Tərəflər Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Əl-Zindani husilərin regional təhlükəsizliyə və beynəlxalq gəmiçiliyə təhdid yaratmağa davam edən hücumları səbəbindən ölkədə sülhün əldə edilməsindəki çətinliklərdən danışıb.


Səfiri Azərbaycanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və Yəməndə sabitliyə nail olmaq üçün səylərin dəstəklənməsində maraqlı olduğunu bildirib.