Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib
turizm

Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

04-08-2025 20:00 21 Просмотров
IMG

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

 

Tvit.az-ın məlumatına görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

 

Saxlanılan şəxslərdən B.Mehrəliyev barəsində həbs, digər iki şəxs isə inzibati qaydada cərimələnib.