Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Beşiktaş" futbolçusunun Rusiya klubuna transferindən 27 milyon avro qazanıb
СПОРТ

"Beşiktaş" futbolçusunun Rusiya klubuna transferindən 27 milyon avro qazanıb

30-07-2025 18:00 47 Просмотров
IMG

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Jedson Fernandeşin Moskva "Spartak"ına transferindən 27 milyon avro qazanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin texniki direktoru Eduard Qraf bildirib.

 

Daha əvvəl 26 yaşlı oyunçunun transferi üçün Rusiya klubunun 25 milyon avro ödəyəcəyi barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, J.Fernandeş ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 49 matçda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirir.