Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Lerikdə yanğına səbəb olan şəxslər saxlanılıb
turizm

Lerikdə yanğına səbəb olan şəxslər saxlanılıb

24-07-2025 19:00 59 Просмотров
IMG

Lerik rayonunun Tikəbənd və Durğan kəndləri ərazisində əkin və otlaq sahələrində iyulun 24-də baş vermiş yanğın hadisələri ilə bağlı polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində hadisələrin ehtiyatsızlıqdan törədilyi müəyyən edilib.

 

Tvit.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Tikəbənd kəndi ərazisində kənd sakini olan azyaşlının otlaq sahədə ocaq yandırması nəticəsində 2 hektar ərazidə kol-kos yanıb.

 

Azyaşlı valideyni ilə birlikdə polis orqanına dəvət olunmaqla profilaktik söhbətlər aparılıb.

 

Durğun kəndidə isə kənd sakini 46 yaşlı Malik Mahmudov siqaret kötüyünü əkin sahəsinə atdığı üçün 4 hektar ərazidə kol-kos yanıb.

 

M.Mahmudov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

Qeyd edək ki, hər iki şəxs yanğın baş verdikdən sonra aidiyyəti üzrə məlumat vermədən ərazidən uzaqlaşıblar.