Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərdi
turizm

Gəncədə axtarışda olan şəxs saxlanılarkən polislərə silahlı müqavimət göstərdi

23-07-2025 20:00 28 Просмотров
IMG

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları xidməti tabel silahından istifadə etməklə həmin şəxsin qaçmaq cəhdinin qarşısını alıblar.

 

Xəsarət alan Fərid Məmmədov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.