Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm “Koroğlu" körpüsündə qəza: sıxlıq yarandı
turizm

“Koroğlu" körpüsündə qəza: sıxlıq yarandı

22-07-2025 18:00 42 Просмотров
IMG

Nizami rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

 

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

 

Polis əməkdaşları hadisə yerindədirlər və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.