Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanlı şahmatçılar ilk görüşdə məğlub olublar
СПОРТ

Azərbaycanlı şahmatçılar ilk görüşdə məğlub olublar

09-07-2025 23:00 36 Просмотров
IMG

Gürcüstanın Batumi şəhərində qadınlar arasında keçirilən Dünya Kuboku davam edir.

 

Tvit.az xəbər verir ki, bu gün 1/32 final mərhələsində Azərbaycan milli komandasında yer alan iki şahmatçı - Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova oyuna çıxıblar.

 

Qrossmeyster Ülviyyə Fətəliyeva Gürcüstan təmsilçisi Lela Cavaxişvili ilə, Gülnar Məmmədova isə FIDE bayrağı altında yarışan Polina Şuvalova ilə qarşılaşıb. Hər iki şahmatçımız ilk oyunda məğlubiyyətlə üzləşib.

 

İki şahmatçımızın qarşılaşmaları sabah keçiriləcək cavab oyunları ilə davam edəcək.

 

Qeyd edək ki, yarışın əvvəlki mərhələlərində Gövhər Beydullayeva və Xanım Balacayeva mübarizəni dayandırmışdılar.