Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Kanalda batan yeniyetmənin meyiti tapıldı
turizm

Kanalda batan yeniyetmənin meyiti tapıldı

05-07-2025 20:00 30 Просмотров
IMG

Xəbər verildiyi kimi, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Fövqəladə Hallar Nazirliyindən "Tvit.az"a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.