Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıya gələn şəxsdə külli miqdarda brilyant tapıldı
turizm

Bakıya gələn şəxsdə külli miqdarda brilyant tapıldı

03-07-2025 19:00 37 Просмотров
IMG

Külli miqdarda brilyant qaşlar aşkar olunub.

 

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tvit.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.

 

Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

 

Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.