Qusar rayonunda yol qəzası baş verib.
"Tvit.az" "Report"a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan avtomobil rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.