Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bayramov BƏƏ XİN başçısı ilə danışdı
siyasət

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

24-06-2025 16:00 30 Просмотров
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləriin xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri və onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıb.