Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Araz çayında bir nəfər batdı
turizm

Araz çayında bir nəfər batdı

20-06-2025 20:00 27 Просмотров
IMG

Araz çayının Saatlı rayonundan keçən hissəsində 1 nəfər batıb.

 

Tvit.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.