Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bakı və Pekin arasındakı bu müqavilə təsdiqlənəcək
siyasət

Bakı və Pekin arasındakı bu müqavilə təsdiqlənəcək

20-06-2025 20:00 27 Просмотров
IMG

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiqlənəcək.

 

Tvit.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

 

Belə ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü onlayn iclasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib.

 

Sənəd müzakirələrdən sonra Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub.