Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Millimiz FIFA reytinqində irəlilədi
СПОРТ

Millimiz FIFA reytinqində irəlilədi

12-06-2025 15:00 41 Просмотров
IMG

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

"Tvit.az" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki yeni mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamız (1303.32 xal) 74-cü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2057,19) başçılıq edir.