Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Jurnalist ev dustaqlığından qaçdı
dünya

Jurnalist ev dustaqlığından qaçdı

21-04-2025 22:00 130 Просмотров
IMG

Jurnalist Yekaterina Barabaş ev dustaqlığından qaçıb və axtarışa verilib.

Tvit.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Aprelin 13-də Federal Penitensiar Xidmətin Baş İdarəsinin Cinayət-İcra Müfəttişliyinin əməkdaşları elektron monitorinq sistemi vasitəsilə vətəndaş E.Barabaş tərəfindən ev dustaqlığı növündə qətimkan tədbirinin pozulması faktını aşkar ediblər.

"Təqsirləndirilən şəxs barəsində axtarış elan edilib", - Federal Penitensiar Xidmətin Baş İdarəsi qeyd edib.

Aysel Şirinova