Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Polşa saxta reklamlara görə Meta-nın 250 milyon avro cərimələnməsini tələb edib
ДРУГОЕ

Polşa saxta reklamlara görə Meta-nın 250 milyon avro cərimələnməsini tələb edib

27-08-2026 11:00 284 Просмотров
IMG

Polşa saxta reklamların yerləşdirilməsinə görə Meta şirkətinin 250 milyon avro cərimələnməsini Avropa Komissiyasından tələb edib. 

 

Tvit.az xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski bildirib.

 

Qavkovski X sosial şəbəkəsində yazıb ki, Meta-dan əldə olunan materiallar və şirkətin platformalarında dərc olunan məzmun üzərində nəzarətin olmaması ilə bağlı son media məlumatları təhlil edildikdən sonra Avropa Komissiyasına rəsmi müraciət edib.

 

Nazir Meta-nı platformalarında saxta məzmunla mübarizə aparmağa və "Vəhşi Qərbə son qoymağa" çağırıb.

 

Qeyd edək ki, Avropa Komissiyası 2025-ci ildə Meta-nı Avropanın rəqəmsal reklam qaydalarını pozduğuna görə 200 milyon avro cərimələyib.

 

Aysel Şirinova