Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Ağcabədidə qəza: Ölən və yaralanan var
turizm

Ağcabədidə qəza: Ölən və yaralanan var

06-08-2026 09:00 24 Просмотров
IMG

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.


1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus "NAZ Lifan" markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, Rüstəm Əliyev isə başın təpə nahiyəsinin kəsilmiş-soyulmuş yarası xəsarətini alıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.