Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran: Hörmüz boğazı üzərində nəzarət müharibənin ən böyük hərbi nailiyyətidir
dünya

İran: Hörmüz boğazı üzərində nəzarət müharibənin ən böyük hərbi nailiyyətidir

05-08-2026 21:00 21 Просмотров
IMG

Tehranda fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Əli Əkbər Dareini İranın Hörmüz boğazı üzərində nəzarəti möhkəmləndirməyi hədəflədiyini və bunu ölkənin "müharibədə əldə etdiyi ən böyük hərbi nailiyyət" adlandırıb.

 

Tvit.az xəbər verir ki, o, Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, aparılan danışıqlar məhz bu nailiyyətlərin qorunub saxlanılması və möhkəmləndirilməsinə xidmət edir.

 

"Danışıqlar bu nailiyyətləri sabitləşdirməyə yönəlib. Siz danışıqları nailiyyətlərinizi gizlətmək üçün deyil, onları möhkəmləndirmək üçün aparırsınız", – deyə Dareini bildirib.

 

Tədqiqatçının sözlərinə görə, İran Hörmüz boğazını yenidən açdıqdan sonra da bölgədə sülhün qorunmasını təmin edəcək mexanizmlər tətbiq etməyi planlaşdırır.

 

Dareini qeyd edib ki, Tehran boğazdan yalnız dinc məqsədli keçidlərin həyata keçirilməsinə təminat vermək istəyir.

 

"İran günahsız keçidin təmin olunmasına çalışır. Lakin təhlükə yarada biləcək keçidlərə və müharibəyə yol verilməyəcək", – deyə o, əlavə edib. 

 

O, həmçinin iddia edib ki, İran ABŞ və onun müttəfiqlərinə məxsus, Tehrana qarşı mümkün hücumlarda istifadə oluna biləcək hərbi texnikanın Hörmüz boğazından daşınmasının qarşısını almağı vacib hesab edir.

 

Aysel Şirinova