Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
sosial

Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb

17-06-2026 10:00 27 Просмотров
IMG

Azərbaycan 2025-ci ildə Birinci Beynəlxalq İnvestisiya Forumunu keçirərək investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb.

 

Tvit.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Beynəlxalq İnvestisiya Forumunda çıxış edərkən bildirib.

 

"Daşkənd Beynəlxalq İnvestisiya Forumu ildən-ilə dövlətlərin, işgüzar dairələrin və beynəlxalq maliyyə institutlarının daha çox nümayəndəsini cəlb edir. Öz növbəsində, Azərbaycan da bu cür təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının möhkəmləndirilməsinin mühüm vasitəsi kimi nəzərdən keçirir. Bununla əlaqədar qeyd etmək istərdim ki, ötən il Azərbaycan I Beynəlxalq İnvestisiya Forumunu keçirərək investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb", - Baş nazir bildirib.

 

Onun sözlərinə görə, forum investorların, biznes nümayəndələrinin və beynəlxalq maliyyə institutlarının yüksək səviyyədə marağını nümayiş etdirib: "Bu uğurun məntiqi davamı cari ilin sentyabrında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi olacaq. Fürsətdən istifadə edərək, bütün tərəfdaşları onda iştirak etməyə dəvət edirik".