İsveçin avtomobil təhlükəsizlik avadanlıqları istehsalçısı olan Autoliv şirkəti Türkiyədəki dörd fabrikini bağlamaq qərarına gəlib.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, sükan, hava yastıqları və təhlükəsizlik kəmərləri istehsal edən müəssisələrin 2028-ci ilin birinci yarısına qədər tamamilə bağlanması planlaşdırılır.
Bu qərarın təxminən 2200 iş yerinin itirilməsinə səbəb olacağı gözlənilir.
Aysel Şirinova