Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşdı - İddiaçıların siyahısı
ДРУГОЕ

İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu yekunlaşdı - İddiaçıların siyahısı

08-05-2026 18:00 26 Просмотров
IMG

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

 

Audiovizual Şuradan "Tvit.az"a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

 

Əhmədov Ayxan Əbdül Kərim oğlu

 

Əzimov Tural Qürbət oğlu

 

Məmmədzadə Tural Sahib oğlu

 

Qulamov Arzu Aydın oğlu

 

Baxşıyeva İlhamə Rafiq qızı

 

Məmmədov Fikrət Alı oğlu

 

Qasımov Balakişi Ələkbər oğlu

 

Şahsuvarov Taleh Novruz oğlu

 

Nağıyev Anar Əlişah oğlu

 

Əliyeva İlahə Xudu qızı

 

Cəfərov Əli Sucəddin oğlu

 

Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

 

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

 

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

 

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.