Hörmüz boğazı yaxınlığında Çin neft tankerinə hücum edilib.
Tvit.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində gəminin göyərtəsində yanğın baş verib. Tankerin gövdəsində “çinli sahibi və heyəti” sözlərinin yazıldığı bildirilib.
Hadisənin BƏƏ sahillərində, Mina Saqr limanı yaxınlığında baş verdiyi qeyd olunur. Bu, münaqişə başlayandan bəri Çin tankerinə edilən ilk hücum kimi qiymətləndirilir.
Elmin Alışov