Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ 12 min mAh tutumlu smartfonlar istehsal olunacaq
ДРУГОЕ

12 min mAh tutumlu smartfonlar istehsal olunacaq

07-05-2026 23:00 13 Просмотров
IMG

​Çinin texnologiya nəhəngi və silikon-karbon batareya texnologiyasının öncüsü olan HONOR smartfon bazarında enerji tutumu üzrə yeni standartlar müəyyən etməyə hazırlaşır. Şirkətin yaxın gələcəkdə rekord göstəricilərə malik dörd yeni smartfon təqdim edəcəyi gözlənilir.

 

​Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ötən il "WIN" seriyası ilə 10 min mAh tutumlu batareyaları bazara çıxaran HONOR hazırda daha böyük enerji tutumu üzərində işləyir. Sızan məlumatlara görə, hazırlanan cihazlardan biri smartfon sənayesi üçün rekord sayılan 12 min mAh batareya ilə təchiz olunacaq.

 

​“HONOR-un buraxacağı dörd telefondan ikisi sənayedə əvvəllər görünməmiş texnoloji xüsusiyyətlərə malik olacaq. Xüsusilə, iki elementli 10.000 mAh batareya strukturu istilik və şarj səmərəliliyi baxımından böyük üstünlük təmin edəcək. Bu texnologiya sayəsində 120 Vt sürətli şarj zamanı cihazın həddindən artıq qızmasının qarşısı alınacaq”, - deyə insayderlər bildirib.

 

​Məlumata görə, yeni məhsulların adları və dəqiq buraxılış tarixləri hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin bu nəhəng batareyaların HONOR X80, Power 3 və ya WIN 2 seriyalarının tərkib hissəsi olacağı ehtimal edilir. "Power bank" effektli bu cihazların əsas smartfon seqmentində yeni bir dövr açacağı gözlənilir.

 

Aysel Şirinova