Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
sosial

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

07-05-2026 14:00 14 Просмотров
IMG

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.