Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Çempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı
СПОРТ

Çempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı

07-05-2026 13:00 24 Просмотров
IMG

İngiltərənin "Arsenal" klubu bu yay baş məşqçisi Mikel Artetaya yeni müqavilə təklif edəcək.

 

Tvit.az-ın xarici KİV-ə istinadən məlumatına görə, klub rəhbərliyi yeni müqavilənin şərtlərini hələ mart ayından etibarən tam hazırlayıb.

 

Rəhbərliyin bu qərarı komandanın cari mövsümü hansı nəticələrlə başa vurmasından qətiyyən asılı olmayacaq.

 

İspaniyalı mütəxəssis özü də "Arsenal"la yola davam etməyə müsbət yanaşır. Lakin baş məşqçi hazırda bütün diqqətini London təmsilçisi üçün kuboklar baxımından həlledici əhəmiyyət daşıyan mövsümün qalan oyunlarına yönəldib.

 

Xatırladaq ki, Artetanın "topçular"la qüvvədə olan mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2019-cu ilin dekabrından etibarən "Arsenal"ın sükanı arxasındadır.

 

Hazırkı duruma əsasən, "Arsenal" 76 xal toplayaraq Premyer Liqanın turnir cədvəlinə liderlik edir və eyni zamanda Çempionlar Liqasının finalına vəsiqə qazanıb.