Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək
sosial

Azərbaycan və Türkiyə zirehli texnikaları birgə modernləşdirəcək

07-05-2026 10:00 22 Просмотров
IMG

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin "Makine ve Kimya Endüstrisi" (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, sənədin imzalanma mərasimi SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində baş tutub.

 

Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və bu kimi razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.