Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hizbullah Livan-İsrail diplomatiyasını pozmağa çalışır - ABŞ Dövlət Departamenti
dünya

Hizbullah Livan-İsrail diplomatiyasını pozmağa çalışır - ABŞ Dövlət Departamenti

06-05-2026 23:00 17 Просмотров
IMG

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot Hizbullahı sülh səylərini pozmağa çalışmaqda günahlandırıb və ABŞ-ın diplomatik səylərinin davam etdiyini söyləyib. 

 

Tvit.az xəbər verir ki, Tommi Piqott Əl-Cəzirəyə bildirib ki, heç kim qarşıda duran çətinlikləri kiçiltmir, heç kim bunun asan olacağını demir. 

 

“Lakin ABŞ-ın diqqət mərkəzində olan məsələ Livan və İsrail hökumətləri arasında xoşməramlı danışıqlar üçün şərait yaratmaqdır. Hazırda gördüyümüz şey Hizbullahın həm İsrail daxilində hücumlar, həm də Livan daxilində təhdidlər etməklə bu danışıqları pozmağa çalışmasıdır", - deyə o, iddia edib.

 

Aysel Şirinova