WhatsApp istifadəçilər üçün çoxdan gözlənilən yeni xüsusiyyəti sınaqdan keçirir.
Tvit.az xəbər verir ki, artıq paylaşılan statuslar 24 saatdan sonra tamamilə silinməyəcək. Müddəti bitən statuslar avtomatik olaraq xüsusi arxiv qovluğuna köçürüləcək.
Məlumata görə, arxiv bölməsi yalnız istifadəçinin özü üçün əlçatan olacaq; başqaları həmin paylaşımları görə bilməyəcək. İstifadəçilər köhnə statuslarına istənilən vaxt baxa və ya onları yenidən paylaşa biləcəklər.
Hazırda Android beta versiyasında sınaqdan keçirilən bu funksiyanın yaxın gələcəkdə hamı üçün əlçatan olacağı gözlənilir.
Aysel Şirinova