Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AAYDA-nın üç qurumu LƏĞV OLUNDU
sosial

AAYDA-nın üç qurumu LƏĞV OLUNDU

05-05-2026 15:00 18 Просмотров
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər.

 

Tvit.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini MMC-lərin hüquqi ünvanlarına təqdim edə bilərlər.

 

Qeyd edək ki, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseyn oğlu Hünbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsən oğlu Aslanov, 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydər oğlu Niftəliyevdir.

 

Xatırladaq ki, daha əvvəl "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.