Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərində qaz kəsiləcək
sosial

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərində qaz kəsiləcək

05-05-2026 13:00 16 Просмотров
IMG

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.


Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.