Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Paşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"
sosial

Paşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"

04-05-2026 14:00 23 Просмотров
IMG

"Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişelin təşəbbüsü ilə 2022-ci ildə Praqada keçirilən "Avropa Siyasi Birliyi"nin 1-ci Zirvə toplantısı çərçivəsində Ermənistan baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil edildi. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunun gedişini dəyişən qərar qəbul etdik".

 

Tvit.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısının plenar iclasında bəyan edib.

 

Onun sözlərinə görə, o zaman Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.

 

O deyib ki, bu razılaşma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə nail olmaq üçün real imkan yaradıb, gələcək sülhün arxitekturasını müəyyənləşdirib və 2025-ci ilin avqustunda Vaşinqton bəyannaməsinə gətirib çıxarıb.

 

Paşinyan xatırladıb ki, o zaman Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Azərbaycan lideri ilə birgə sülh bəyannaməsini imzalayıblar.

 

"ABŞ prezidenti də şahid qismində bəyannaməni imzaladı. Üç liderin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqaviləni paraflayıblar. Hazırda biz çox vacib layihənin - TRIPP-ın həyata keçirilməsinə aparan yoldayıq. Bu, regional kommunikasiyaların blokadadan çıxarılması, Şərqdən Qərbə və Cənubdan Şimala yeni beynəlxalq marşrutların yaradılması vasitəsilə sülhə, beynəlxalq təchizat zəncirlərinin dayanıqlığına böyük töhfələr verəcək", - deyə Ermənistan lideri sözlərini yekunlaşdırıb.