Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ​Sorğu: Amerikalıların əksəriyyəti İrana hərbi müdaxilənin əleyhinədir
dünya

​Sorğu: Amerikalıların əksəriyyəti İrana hərbi müdaxilənin əleyhinədir

01-05-2026 23:00 16 Просмотров
IMG

​ABŞ-da keçirilən son rəy sorğusu göstərir ki, amerikalıların böyük əksəriyyəti İrana qarşı hərbi güc tətbiqini yanlış addım hesab edir. 

 

Tvit.az xəbər verir ki, ​"Washington Post", "ABC" və "Ipsos" tərəfindən birgə keçirilən genişmiqyaslı sorğunun nəticələrinə görə, respondentlərin 61 faizi İrana qarşı hərbi əməliyyatların aparılması qərarını "səhv addım" kimi qiymətləndirib. 

 

Cəmi 36 faiz iştirakçı bu qərarın düzgün olduğunu müdafiə edib.

 

Qeyd edilib ki, əhalinin əsas narahatlığı isə müharibənin gətirdiyi iqtisadi fəsadlar və artan yaşayış xərcləridir.

 

Aysel Şirinova