ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Fərmanda bildirilir ki, sanksiya, “Kubada repressiyalara görə məsuliyyət daşıyan şəxslərə”, eləcə də “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün təhdidlərin yaradılmasına” yönəlib.
Bildirilib ki, fərman Kuba ilə bağlı mövcud sanksiyaları genişləndirir və ABŞ-ın beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu çərçivəsində yeni məhdudiyyətləri əhatə edir.
Aysel Şirinova