Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Texnologiya nəhəngi "Bosch" 1 400 işçini ixtisar edəcək
ДРУГОЕ

Texnologiya nəhəngi "Bosch" 1 400 işçini ixtisar edəcək

30-04-2026 23:00 31 Просмотров
IMG

​Türkiyənin sənaye mərkəzi olan Bursada texnologiya və tədarük sahəsinin ən böyük oyunçularından biri olan Bosch şirkəti ilə bağlı ciddi iddia irəli sürülüb. 

 

Tvit.az xəbər verir ki, "Bursa Tanık" qəzetinin məlumatına görə, müəssisə 2030-cu ilə qədər kütləvi ixtisarlar həyata keçirməyi planlaşdırır.

 

​İddia edilən plana əsasən, 1 400 nəfər işini itirmə təhlükəsi ilə üz-üzədir. ​2027-ci ilin sonunadək 1 150 istehsalat sahəsi işçisinin azad edilməsi, ​2030-cu ilin sonunadək isə 250 rəhbər və ofis işçisinin ixtisarı nəzərdə tutulur.

 

​Bu addım şirkətin gələcək strateji hədəfləri və istehsalat proseslərinin yenidən qurulması ilə əlaqələndirilir.

 

Aysel Şirinova