Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kimdə qanunsuz silah varsa... - DİN-dən vətəndaşlara çağırış
sosial

Kimdə qanunsuz silah varsa... - DİN-dən vətəndaşlara çağırış

30-04-2026 12:00 24 Просмотров
IMG

Ötən polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır. Bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir.

Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Polis əməkdaşları tərəfindən tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.