Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Günəşdə güclü partlayış olub
sosial

Günəşdə güclü partlayış olub

28-04-2026 19:00 24 Просмотров
IMG

Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan bildiriblər.


Qeyd olunub ki, aprelin 28-də Bakı vaxtı ilə 16:33-də rentgen diapazonunda 4420 nömrəli günəş ləkələri qrupunda (N14W37) 23 dəqiqə davam edən M1.0 sinifli partlayış baş verib.

 

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Minimum A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovat gücə uyğun gəlir. Hər növbəti sinfə keçiddə şüalanmanın gücü 10 dəfə artır.

 

Partlayışlar günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.