İndoneziyanın Qərbi Yava əyalətində iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 14-ə çatıb, daha 84 nəfər yaralanıb.
Tvit.az xəbər verir ki, bu barədə Antara xəbər agentliyi dövlətə məxsus dəmir yolu operatoruna istinadən məlumat yayıb.
Zərərçəkənlər tibb müəssisələrinə aparılıb və orada onlara lazımi yardım göstərilib. Hazırda xilasetmə əməliyyatı davam edir.
Bildirilib ki, İndoneziya prezidenti Prabovo Subianto hadisənin bütün hallarını araşdırmaq üçün müvafiq orqanlara göstəriş verib.
Aysel Şirinova