Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Mirələm Cəlalov vəzifəsindən azad edildi
sosial

Mirələm Cəlalov vəzifəsindən azad edildi

22-04-2026 14:00 14 Просмотров
IMG

Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.

Tvit.az xəbər verir ki, məlumata görə, bununla bağlı müvafiq əmr artıq imzalanıb. Qeyd edək ki, Mirələm Cəlalov bu məsuliyyətli vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.

Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının vahid idarəetməsini həyata keçirən strateji bir qurumdur. Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.\\konkret.az