Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Mövsümün ilk gilası 227 manata satıldı
sosial

Mövsümün ilk gilası 227 manata satıldı

21-04-2026 22:00 19 Просмотров
IMG

Türkiyənin Manisa vilayətində şimal yarımkürəsində yetişən ilk gilas bazara çıxarılıb. Mövsümün ilk məhsulu ənənəvi olaraq açıq hərrac yolu ilə satılıb və qiyməti rekord həddə çatıb.

 

Tvit.az Lent.az-a istinadla xəbər verir ki, bu il bazara ilk gilas gətirən fermer Yusif Bakan olub.

 

Onun yetişdirdiyi məhsul keçirilən açıq hərracda kiloqramı 6 min türk lirəsinə (təxminən 227 manat) Məsud Altıok adlı alıcıya satılıb.

 

Təxminən 30 min lirəyə 5 kiloqram gilas alan alıcı Məsud Altıok bildirib ki, qiymətin yüksək olmasına baxmayaraq, bu alış simvolik xarakter daşıyır və əsas məqsəd fermerlərə dəstək göstərməkdir.