Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı
sosial

Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı

21-04-2026 17:00 27 Просмотров
IMG

Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. 

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfli yoxlanılıb və iddiaların əsassız olduğu müəyyən edilib.

Davam etdirilən tədbirlərlə paylaşımı edən şəxsin həmin məktəbdə təhsil alan 15 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunvericiliyə uyğun olaraq onun valideynləri polis idarəsinə dəvət edilib, onlarla profilaktik iş aparılıb. Məktəbli ilə bağlı materiallar aidiyyəti üzrə icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyaya göndərilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.