Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA
sosial

Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA

21-04-2026 16:00 30 Просмотров
IMG

Sosial şəbəkələrdə Bakı məktəbində dərslərin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

87 nömrəli tam orta ümumtəhsil məktəbindən  "Tvit.az"a  bildirilib ki, aprelin 18-də sosial şəbəkə səhifələrində 87 nömrəli tam orta ümumtəhsil məktəbi barədə təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məlumatlar yayılıb.

Bildirilib ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib.

"Bu səbəbdən 20 və 21 aprel 2026-cı il tarixlərində davamiyyət qismən aşağı düşsə də, məktəbdə tədris prosesi davam edir.

Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır. Valideynlər və şagirdlərlə müvafiq dəstəkləyici söhbətlər aparılır", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada yayılan iddialara görə, Suraxanıda yerləşən məktəbin 7-ci sinfində oxuyan şagird rus dili müəllimini öldürəcəyi ilə bağlı hədə səsləndirib.