Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial “Teleradio”ya yeni rəhbər təyin edildi
sosial

“Teleradio”ya yeni rəhbər təyin edildi

16-04-2026 11:00 20 Просмотров
IMG

“Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.

"Tvit.az" xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.