Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Honda" 440 mindən çox avtomobili geri çağırır
sosial

"Honda" 440 mindən çox avtomobili geri çağırır

16-04-2026 08:00 14 Просмотров
IMG

Yaponiyanın avtomobil istehsalçısı "Honda" təhlükəsizlik yastıqlarındakı qüsur səbəbindən ABŞ-də 440 830 avtomobili geri çağırır.

 

Tvit.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən xəbər yayıb.

 

Bildirilib ki, proqram təminatındakı xəta səbəbindən "Honda Odyssey" minivenlərində təhlükəsizlik yastıqları qəfil və gözlənilmədən açıla bilər.

 

Geri çağırılan bütün avtomobillərin proqram təminatı "Honda" dilerləri tərəfindən tamamilə ödənişsiz şəkildə yenilənəcək.