Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Bernardu Silva Premyer Liqa tarixinə düşdü
СПОРТ

Bernardu Silva Premyer Liqa tarixinə düşdü

13-04-2026 09:00 15 Просмотров
IMG

"Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Bernardu Silva İngiltərə Premyer Liqasının tarixinə adını qızıl hərflərlə yazdırıb.

 

Tvit.az xəbər verir ki, o, turnirdə ən çox oyun keçirən portuqaliyalı futbolçu ünvanına sahib çıxıb.


Təcrübəli 31 yaşlı oyunçu bu tarixi nailiyyətə çempionatın 32-ci turu çərçivəsində baş tutan "Çelsi" ilə qarşılaşmada imza atıb. Bu, onun Premyer Liqada meydana çıxdığı 297-ci matç kimi qeydə alınıb.

 

Məhz bu göstərici ilə Bernardo karyerası ərzində "Fulhem", "Vest Hem" və "Arsenal" formalarını geyinmiş keçmiş futbolçu Luis Boa Morteni (296 oyun) taxtından edib. Tarixi siyahının ilk üçlüyünü isə hesabında 236 oyun olan Kriştianu Ronaldu tamamlayır.