Avropada təyyarə yanacağının çatışmazlığı yay aylarına qədər hava səyahətlərini dayandıra bilər.
Tvit.az xəbər verir ki, bu barədə Corriere della Sera" qəzeti məlumat yayıb.
"Avropanın strateji ehtiyatları bəzi bölgələrdə yayın ən qızğın vaxtında uçuşları davam etdirmək üçün kifayət olmaya bilər. Yalnız iki ölkədə 90 günlük kerosin ehtiyatı var. Bəzi ölkələrdə ehtiyatlar 8-10 günlük muxtar əməliyyat üçün kifayətdir", - deyə nəşr bildirib.
Avropa aviasiya yanacağına olan ümumi ehtiyacının 43%-ni Fars körfəzindən idxal edir.