Almaniya kansleri Fridrix Merz və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı İran münaqişəsi və transatlantik münasibətlərin gələcəyi ilə bağlı müvəqqəti atəşkəs razılaşmasını müzakirə etdilər.
Tvit.az xəbər verir ki, bu barədə Der Spiegel jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, qısa söhbət zamanı iki ölkə lideri İran ətrafındakı münaqişədə müvəqqəti atəşkəs razılaşmasını, eləcə də transatlantik münasibətlər məsələlərini müzakirə ediblər.
Bildirilib ki, söhbət zamanı Merz ABŞ prezidenti ilə etibarlı əlaqəni bərpa etməyə çalışıb. Telefon danışığının təşəbbüskarı Almaniya kansleri olub.
Aysel Şirinova