Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm 34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı
turizm

34 yaşlı kişi küçədə bıçaqlandı: 17 yaşlı oğlan saxlanıldı

27-03-2026 13:00 27 Просмотров
IMG

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

 

Tvit.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

 

Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.