Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanın Suriyaya ixrac etdiyi qazın həcmi...
sosial

Azərbaycanın Suriyaya ixrac etdiyi qazın həcmi...

25-03-2026 13:00 25 Просмотров
IMG

Bu ilin yanvar ayında Türkiyə ərazisi ilə Suriyaya 105,4 milyon kubmetr Azərbaycan təbii qazı tədarük edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

 

Qeyd edək ki, 2025-ci ilin iyulun 12-də Suriya Prezidenti Əhməd Əş-Şaranın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR-la Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

 

İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib.